İstanbul klubu baş məşqçisini istefaya göndərdi - RƏSMİ

17:13 - 8 Sentyabr 2025

Türkiyə Super Liqasında növbəti baş məşqqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Başakşehir" Çağdaş Atanla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Çağdaş Atan 2023-cü ilin sentyabr ayında "Başakşehir"in baş məşqçisi ppostuna təyin olunmuşdu. istanbul təmsilçisi Super Liqada keçirdiyi iki oyunda da heeç-heçə edib.

Xəbər xətti