Azərbaycan klubunun adı dəyişdirildi

12:58 - 10 Sentyabr 2025

Azərbaycan I Liqasında mübarizə aparan "Mingəçevir"in adı və loqosu dəyişdirilib.

Sportal.az xəbər verir ki, klub bundan sonra "ASTA Mingəçevir" adlanacaq. 1-ci liqada 2025-26 mövsümünə sabah start veriləcək.

"ASTA Mingəçevir" ilk oyununu sentyabrın 12-də səfərdə "Səbail"ə qarşı keçirəcək.

 

Xəbər xətti