"Fənərbaxça" daha bir futbolçusunu icarəyə verə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət Abdu Aziz Falldan gedir.
18 yaşlı futbolçu Serbiyanın “Partizan” klubunun maraq dairəsindədir.
Belqrad təmsilçisi seneqallı müdafiəçini bir illik icarəyə götürməyi planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Abdu iki ay əvvəl “Fənərbaxça” ilə 5 illik müqavilə imzalayıb.