"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova millisi DÇ-2026-nın seçmə mərhələsində Norveçə 1:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, 31 yaşlı qolkiper matçdan sonra açıqlama verib. Təcrübəli "əlcək sahibi" oyunda 5 qol vuran Erlinq Haalandın ondan üzr istədiyini bildirib:
"Haaland bunun mənim səhvim olmadığını dedi. Hər qoldan sonra məndən üzr istəyirdi. Top fərqinə görə davam etmək məcburiyyətində olduqlarını dedi".
Qeyd edək ki, 2023-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edir.
saytlarin hazirlanmasi