I Liqa klubu 6 transferi açıqladı - RƏSMİ

22:06 - 10 Sentyabr 2025

Xəbər verdiyimiz kimi, I Liqada mübarizə aparan "Mingəçevir" köklü dəyişikliklərə gedib. Klub adını "ASTA Mingəçevir" olaraq yeniləyib. Həmçinin komandanın loqosu dəyişdirilib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ASTA Mingəçevir" bu gün 6 transferi eyni anda açıqlayıb. Müdafiəçilər Kənan Quliyev və Rəhim Cəfərli, hücumçu Qurban Səfərov, yarımmüdafiəçilər Bakary Jaiteh, Nicat Məmmədov və Seymur Məmmədov komanda ilə müqavilə bağlayıblar.


Xəbər xətti