"Qalatasaray"ın futbolçusuna Super Liqa klubundan təklif

21:44 - 10 Sentyabr 2025

"Qalatasaray"ın futbolçusu Ahmed Kutucu Super Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Göztepe" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İzmir təmsilçisi Ahmedi icarəyə götürmək üçün "cim bom"a rəsmi təklif göndərib. "Göztepe" 25 yaşlı ön xətt oyunçusunun maaşının hamısını ödəməyə hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Ahmed Kutucunu bu ilin yanvar ayında "Eyüpspor"dan transfer edib. Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti