"Qurban Qurbanov milli komandaya gəlməz, çünki o, şəxsiyyətini, qürurunu yüksək tutan insandır"

23:41 - 10 Sentyabr 2025

“Heç vaxt Qurban Qurbanovun milli komandaya gəlməsini istəməzdim. İlan vuran ala çatıdan qorxar. Qurbanovu bir dəfə milliyə gətirdilər, işləməyə qoymadılar. O da yerinə qayıtdı – Qarabağa. Qurbanov milliyə gəlməz, çünki o, şəxsiyyətini, qürurunu yüksək tutan insandır”.

Sportal.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas deyib.

O bildirib ki, Fernando Santuşdan sonra milli komandaya yerli məşqçi gəlməlidir: “Bəlkə, iyirmi dəfə demişəm ki, milli komandaya yerli məşqçi gəlməlidir. Futbolçularımızı tanıyan, ünsiyyətdə olan, mentalitetimizi, əxlaqımızı bilən, futbolçuların içini duyan məşqçi. On nəfər xarici məşqçi gətirmişik, bir qələt edə bilməmişik. Heç olmasa, indi yerli məşqçi gətirək, görək, nə var, nə yox, işlər necə gedir. Bir də ki, uşaq futbolu inkişaf etməyənə qədər nə qədər məşqçi gətirirsən, gətir. Nə edəcəklər? Gərək, futbolçu getişə. Futbolçu yetişməyənə qədər heç nə olmayacaq”. (Pravda.az)

Xəbər xətti