2018-ci il dünya çempionatının qaliblərindən olan qolkiper karyerasını başa vurdu

21:27 - 10 Sentyabr 2025

Stiv Mandanda karyerasını bitirdi.

Sportal.az xəbər verir ki, 40 yaşlı qapıçı bunu "L’Équipe"yə verdiyi müsahibədə təsdiqləyib.

"Bu qərarı vermək üçün vaxta ehtiyacım var idi, çünki asan deyildi. Amma bəli, mən bitirirəm. Uzun müddət düşündüm, çünki çoxlu təkliflərim var idi, amma hamısına imtina etdim" – deyə Mandanda bildirib.

Mandandanın son klubu ötən mövsümün sonunda müqaviləsi başa çatan “Renn” olub. Mandanda “Marsel”in sabiq kapitanıdır və klubun ən çox oyun keçirən rekordçusudur (613 matç).

O, 2018-ci il dünya çempionatının qaliblərindən karyerasını başa vuran dördüncü futbolçu oldu. Ondan əvvəl Blez Matyuidi, Adil Rami və Rafael Varan futboldan getmişdilər. Fransa millisinin heyətində Mandanda 35 oyun keçirib.

Xəbər xətti