"Milan"ın futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistanınında davam etdirəcək.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Əl-Şabab”a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
"Əl-Şabab" bu transferə görə "rossonyerilər"ə 8 milyon avro ödəyib.
Qeyd edək ki, Yasin adli ötən mövsümü icarə əsasında “Fiorentina”da çıxış edib. O, bu komanda ilə meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi