"Real" əmindir ki, futbolçunu gələn il azad agent kimi transfer edəcək

22:25 - 11 Sentyabr 2025

İbrahima Konate 2026-cı ildə Madridə köçə bilər.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, ispan klubunun bu transferlə bağlı inamı artır. Bu məlumatı nəşrə 2024-cü ilin dekabrında Trent Aleksander-Arnoldun demək olar ki, qaçılmaz "Real"a keçidi barədə danışan eyni mənbələr verib.

Bununla belə, müdafiəçi hələlik "Liverpul"u müqavilə başa çatdıqdan sonra klubdan ayrılmaq niyyəti barədə məlumatlandırmayıb. Fransalı futbolçu gələcəyi ilə bağlı hələ qəti qərar verməyib.

Xəbər xətti