Laport rəsmən La Liqa klubuna qayıtdı - 3 illik müqavilə

23:28 - 11 Sentyabr 2025

Emerik Laport “Atletik”ə qayıdıb.

Sportal.az xəbər verir ki, İspaniya klubu 31 yaşlı müdafiəçinin “Əl-Nasr”dan transferini rəsmən elan edib. Tərəflər 3 illik müqavilə imzalayıb.

Əvvəllər bildirilmişdi ki, Səudiyyə klubu sövdələşmə barədə məlumatı TMS-ə (FİFA-nın Transferlərin Uzlaşdırılması Sistemi) gec göndərib və buna görə FİFA baskların futbolçunu qeydiyyata almasına icazə verməyib. Bu gün isə qərar dəyişdirilib.

Laport 2010–2018-ci illərdə “Atletik” sistemində çıxış edib, daha sonra “Mançester Siti”yə transfer olunmuşdu.


Xəbər xətti