"Qarabağ" Portuqaliyada "Benfika"nı məğlub etdi - tarixi nəticə YENİLƏNİB

00:51 - 17 Sentyabr 2025

"Qarabağ" bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası 8 ildən sonra qitənin bir nömrəli klub yarışının ilk turu çərçivəsində Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Matç təmsilçimizin 3:2 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz digər turlarda rəqibləri müvafiq ardıcıllıqla "Kopenhagen", "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya), "Ayaks" (Niderland), "Ayntraxt" (Almaniya) və "Liverpul" (İngiltərə) komandaları olacaqlar.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur


23:00 “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) 2:3 

Qol: Entso Barreneçea,6, Vangelis Pavlidis,16, - Leandro Andrade,30, Kamilo Duran,48, Aleksey Kaşuk,86

Baş hakim: Erik Lambrexts
Yan xətt hakimləri: Jo de Veyrdt, Kevin Monteni
Dördüncü hakim: Natan Verbumen
VAR: Bram Van Drieşşe (hamısı Belçika)
AVAR: Fedayi San (İsveçrə)
Lissabon, "Da Luj" stadionu.

Xəbər xətti