Millimiz Şotlandiya ilə heç-heçə etdi - YENİLƏNİB

20:57 - 14 Oktyabr 2025

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxıb.

Sportal.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Dalğa Arena”da keçirilən görüş 3:3 hesablı bərabərliklə başa çatıb.

14 oktyabr

Azərbaycan (U-21) - Şotlandiya (U-21) 3:3
Qollar:
Xəyal Əliyev, 49 (pen), Şahin İbrahimov, 79 - David vatson, 33, Ceyms Vilson, 44, Samuel Hardinq, 90+3

“Dalğa Arena”. Saat 19:00
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet
(Hakimlər briqadası Qazaxıstandandır)

Xəbər xətti