Danimarka mətbuatı "Qarabağ" haqda yazdı: ÇL-də bu siyahıda 32-cidir

14:37 - 21 Oktyabr 2025

Danimarka mətbuatı Çempionlar Liqasının bu mövsümkü əsas mərhələsində klubların illik maaş büdcələrini təhlil edib.

Sportal.az xəbər verir ki, “Lentedesportiva” nəşri “Qarabağ”a daha çox diqqət edib.

Danimarkalılar Ağdam klubunun futbolçularının maaşına hər il 6,5 milyon funt-sterlinq (təxminən 14,8 milyon manat) xərclədiyini yazıb. Bu siyahıda “Qarabağ” hazırda Çempionlar Liqasında mübarizə aparan 36 klub arasında 32-ci yerdə qərarlaşdırır:

"Qarabağ" müntəzəm olaraq Çempionlar Liqasının seçmə mərhələsində iştirak edir və onun əsas mərhələdə olması klubun sabitliyindən xəbər verir. Maaşlara cəmi 6,5 milyon funt-sterlinq xərcləyən klub öz imkanlarını nəzərə alaraq rəqabətədavamlı heyət yaradıb. Azərbaycan komandası kompakt müdafiəsi və sürətli əks-hücumları ilə tez-tez böyük klubları alt-üst edir. Bu, rəqibləri ilə müqayisədə maddi cəhətdən zəif olmasına baxmayaraq, onu çətin rəqib edir".

İspaniyanın “Real”(Madrid) klubu ən yüksək maaşa malikdir (247,6 milyon funt).

Xəbər xətti