"Qarabağ"ı televizor vasitəsilə izləyirəm. Bu, tanıdığım və simpatiya bəslədiyim komandadır".
Bu sözləri Sportal.az saytına açıqlamasında Canni De Byazi deyib. Azərbaycan milli komandasının sabiq baş məşqçisi Çempionlar Liqasında iştirak edən Ağdam klubu barədə fikirlərini söyləyib.
O, "Qarabağ"ın avrokuboklardakı uğurlarının səbəbini də açıqlayıb:
"Qarabağ" istədiyi qədər əcnəbi oyunçunu eyni anda meydana buraxa bilir. Məhz bu oyunçular da komandanı yeni səviyyəyə yüksəldi".
69 yaşlı mütəxəssis “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova olan hörmətindən də bəhs edib: "Mənim Qurban Qurbanova böyük hörmətim var. Bakıya gələndə ilk tanış olduğum məşqçi o idi.. Mən onun işini izləyirdim".
Mirbağırağa
