"Sabah"ın legioneri: "Kəpəz"ə qarşı çətin olacaq, onlar müdafiədə yaxşı oynayır"

10:22 - 8 Noyabr 2025

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev bazar günü Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə qarşı keçirəcəkləri görüş barədə danışıb.

Sportal.az saytına açıqlama verən özbək futbolçu sabah baş tutacaq matçla bağlı pozitiv düşündüyünü bildirib:

"Qəbələ"ni (1:0) məğlub etdikdən sonra qələbə qazanmağa davam etmək istəyirik. Mövsümün ilk yarısının son turu bizi gözləyir. Liqada iki həftəlik fasilə də olacaq. İlk hissəni qələbə ilə başa vurmaq istəyirik. Çətin oyun olacaq. "Kəpəz" müdafiədə yaxşı oynayır. Turnir cədvəlinin sonunda olsalar da, onlara qarşı çox çətin olacaq. Getdikcə daha yaxşı oynamağa başlayırıq, ona görə də bunu yaxşı nəticələrlə davam etdirmək lazımdır".

Qeyd edək ki, sabah keçiriləcək "Kəpəz" - "Sabah" matçına 15:44-də start veriləcək.

Xəbər xətti