"Ümid edirəm ki, A Seriyaya xaricdən hakimlər cəlb ediləcək" - "Latsio"nun baş məşqçisi

23:31 - 10 Noyabr 2025

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “İnter”lə (0:2) oyunun birinci hissəsində baş hakim Canluka Manqanello tərəfindən xəbərdarlıq alıb. Bu, Lautaro Martinesin “Latsio”nun yarımmüdafiəçisi Mattia Dzakkanini yıxmasından sonra baş verib.

Sportal.az xəbər verir ki, Sarri A Seriyada xarici hakimlərin işləməsini istəyir:

“Mən çox sadə bir səbəbdən əsəbləşdim, Lautaronun Dzakkaniyə qarşı etdiyi fola görə sarı vərəqə göstərilməli idi. Amma hakim nəinki sarı vərəqə göstərmədi, hətta Dzakkanini meydanı tərk etməyə məcbur etdi və biz az qala onun cinahından qol buraxacaqdıq. Hətta müqəddəs Padre Pio da belə vəziyyətdə əsəbləşərdi.

Hazırda öz işinin öhdəsindən gələ bilən bir hakim belə görmürəm, bu oyunun hakimi də daxil olmaqla. Ümid edirəm, A Seriya xarici hakimlərin köməyindən yararlana biləcək".

Xəbər xətti