Emreli ilin sonuna qədər oynaya bilməyəcək - klubdan rəsmi açıqlama

23:52 - 10 Noyabr 2025

Daha öncə qeyd etdiyimiz kimi, Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında evdə "Herta”ya (Berlin) 0:1 uduzub. Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub. Lakin, 78-ci dəqiqədə zədələnərək meydanı tərk etməli olub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinələr nəticəsində məlum olub ki, qasıq vətərinin qismən qopması nəticəsində Emreli bu ilin sonuna qədər meydana çıxa bilməyəcək. 

Klubun bəyanatında Emreliyə  tez və tam sağalma arzu edilib və klub rəhbərliyi və tibbi heyətin bu müddətdə onu tam dəstəkləyəcəyi vurğulanıb.

Xəbər xətti