"Tottenhem" "Bavariya" ilə danışıqlara başlayacaq

16:18 - 11 Noyabr 2025

“Tottenhem” “Bavariya” ilə yarımmüdafiəçi Juao Palinyanın transfer hüquqlarını almaq üçün danışıqlara başlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, London klubu 30 yaşlı futbolçunun çıxışından razıdır və onunla 2029-cu ilədək tamhüquqlu müqavilə imzalamaq barədə prinsipial razılığa gəlib.

Palinya bu ilin yayında “Tottenhem”ə 2025/26 mövsümünün sonunadək icarə əsasında qoşulub. Müqavilədə futbolçunun 30 milyon avroya transfer hüququnun alınması bəndi yer alır.

Portuqaliya millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə 18 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Tottenhem” hazırda Premyer Liqa turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Tomas Frankın komandası növbəti oyununu noyabrın 23-də “Arsenal”a qarşı keçirəcək.

Xəbər xətti