"Atalanta" baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssis 2025-ci ilin iyununda Berqamo klubuna baş məşqçi təyin edilmişdi.
Rəhbərlik uğursuz nəticələr və komandanın futbolçuları ilə münasibətin normal olmaması səbəbindən Yuriçlə yola davam etmək istəməyib.
"Atalanta" A seriyasında hazırda 13 xalla 13-cü pillədədir.
saytlarin hazirlanmasi
