Türkiyə klubu mərc oyunlarında iştirak edən 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

21:46 - 13 Noyabr 2025

Türkiyənin "Amedspor" klubu mərc oyunlarında iştirak etdiyi üçün futboldan uzaqlaşdırılan üzvləri ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi cəza alan futbolçularla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat verib.

5 oyunçunun hər biri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Peşəkar Futbol İntizam Komitəsinin qərarı ilə "Amedspor"un futbolçularından Oktay Aydın 12 ay, Uğur Adem Gezer 6 ay, Arda Kemal Gülmez 45 gün, Bartu Kaya 45 gün və Alberk Koç 45 gün müddətinə futboldan uzaqlaşdırılıb.

Xəbər xətti