Didye Deşam Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.
Sportal.az xəbər verir ki, "L’Equipe"nin məlumatına görə, dünya çempionatından sonra Fransa millisinin baş məşqçi postunu tərk edəcək Deşamı “Əl-İttihad” klubuna dəvət etmək istəyirlər. Bu klubda Karim Benzema, Nqolo Kante və Musa Diabi çıxış edirlər.
Deşam Səudiyyə Ərəbistanından marağın olduğunu təsdiqləyib:
“Bəzi təmaslar olub. Mən ad çəkməyəcəyəm, amma onlar mənim vəziyyətimdən xəbərdardırlar. Qərarımı verdikdən sonra planlaşdırılmış müddət bitdikdə azad olacağam və heç nəyi istisna etmirəm".
saytlarin hazirlanmasi
