"Komandaya yük olmaq istəmirəm" - Messi dünya çempionatı barədə

23:12 - 11 Noyabr 2025

Lionel Messi yaxınlaşan dünya çempionatında iştirakla bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “İnter Mayami” və Argentina millisinin hücumçusu DÇ-2026 barədə ünvanlanan suala belə cavab verib:

"Bu, xüsusi bir dünya çempionatıdır. Millidə oynamaq həmişə xüsusi hissdir, xüsusilə də rəsmi və vacib turnirlərdə. Üstəlik, sən artıq dünya çempionu olandan sonra bu yarışın mənası daha da böyüyür.

Amma dediyim kimi, mən, komandaya yük olmaq istəmirəm. Özümü fiziki cəhətdən yaxşı hiss etmək, komandaya kömək edə biləcəyimə, faydalı ola biləcəyimə əmin olmaq istəyirəm. Bizim mövsüm Avropa mövsümündən fərqlidir: bizdə mövsüməqədər hazırlıq olacaq, dünya çempionatına qədər bir neçə oyun keçiriləcək, və hər şeyə gedişat üzrə baxmaq lazımdır. Özümü istədiyim formada hiss edib-etmədiyimi görəcəyəm.

Amma, təbii ki, anlayıram ki, dünya çempionatı çox xüsusi bir turnirdir, futbolun ən vacib yarışıdır. Odur ki, böyük ümidlərim var, amma hər şeyi qəbul etməyə çalışıram".

Xəbər xətti