"Qarabağ"la oyun üçün Niderlanddan nə qədər azarkeş Bakıya gələcək? - ötən mövsümkü matçdan daha çox olacaq

13:21 - 16 Noyabr 2025

Niderland mətbuatı Çempionlar Liqasının 6-cı turunda “Qarabağ”la oyunu üçün Bakıya gələcək "Ayaks"ın azarkeşlərinin sayını açıqlayıb. 

Sportal.az “Supportersvereniging Ajax” portalına istinadən xəbər verir ki, Niderland klubunun azarkeşlərinə oyun üçün 1970 bilet ayrılıb ki, onlardan 1443-ü alınıb. 

Bu, ötən il "Ayaks"la Avropa Liqası matçını izləyən azarkeşlərin sayından xeyli çoxdur, həmin vaxt 450 azarkeş Azərbaycan paytaxtına səyahət etmişdi. 

"Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da Tofiq Bəhramov adına stadionda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.
 

Xəbər xətti