"Qarabağ"ın qapıçısı sıradan çıxdı - əməliyyat ediləcək

13:22 - 18 Noyabr 2025

Azərbaycan milli komandasının və “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib. 

DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə(1:3) görüşünün birinci hissəsində zədələnən Şahruddin fasilədə Aydın Bayramovla zədələnib. 

Sportal.az saytına verilən məlumata görə, təxminən ayyarım Məhəmmədəliyev məşqlərdən uzaq qalacaq.

Qasıq nahiyyəsindən zədələnmiş qolkiperin əməliyyat ediləcəyi gözlənilir.
 

Xəbər xətti