“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 5-ci turunun “Çelsi” ilə görüşdən danışıb.
Sportal.az “Football Espana”ya istinadən xəbər verir ki, alman mütəxəssis bu gün gecə baş tutacaq oyun haqda bunları deyib:
"Düşünürəm ki, “Çelsi”nin dünyanın ən yaxşı komandalarından biridir. Klubda çoxlu dəyişikliklər olub. Onlar çoxlu gənc oyunçu və onların potensiallarına çatmaqda və futbol oynamaqda kömək edən fantastik məşqçi dəvət etdilər. “Çelsi”nin bütün oyunlarını izləmək xoşdur. Bu komandanın etdiklərini həqiqətən yüksək qiymətləndirirəm. Onlar görkəmli oyunçuları olan gənc bir komandadır. Bu, bizim üçün yaxşı matçdır. Çempionlar Liqası oyunudur. Çempionlar Liqası asan məsələ deyil. Özümüzə əminik, inanırıq və həmişə olduğu kimi sona qədər mübarizə aparacağıq".
Çempionlar Liqasının dörd oyunundan sonra "Barselona" və "Çelsi"nin hər birinin yeddi xalı var.
