Yağışa görə dayandırılan "Napoli" - "Qarabağ" matçı bərpa olundu - YENİLƏNİB

19:34 - 25 Noyabr 2025

UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turunun "Napoli" - "Qarabağ" matçı bərpa olunub.

Sportal.az xəbər verir ki, yağışa görə yarımçıq dayandırılan qarşılaşma qaldığı yerdən davam edir.

******

UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçirilən "Napoli" - "Qarabağ" matçı yarımçıq dayandırılıb.

Sportal.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir. Belə ki, qarşılaşmanın keçirildiyi Neapol şəhərində güclü yağış yağır.

Oyun dayandırılan zaman meydan sahibləri hesabda 1:0 öndə olub.

Qeyd edək ki, "Napoli" ilə "Qarabağ"ın əsas komandalar Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində bu gecə saat 00:00-da üz-üzə gələcək.

Xəbər xətti