Tanınmış hücumçunun evi qarət olundu

20:11 - 25 Noyabr 2025

“Kremoneze”nin hücumçusu Ceymi Vardi qarət qurbanı olub.

Sportal.az xəbər verir ki, hadisə bazar günü futbolçunun Salo şəhərindəki villasından baş verib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Ev “Kremoneze”nin A Seriyasında “Roma” ilə keçirdiyi oyun (1:3) vaxtda qarət edilib. Ən azı üç nəfərdən ibarət olan quldur dəstəsi evə pəncərədən daxil olub. Onlar Vardinin evindən saatlar, müxtəlif zinət əşyaları və nağd pul oğurlayıblar.

İlkin hesablamalara əsasən, qarət nəticəsində dəymiş ümumi ziyan təxminən 100 min avro təşkil edir. Hadisə ilə bağlı araşdırmanı aparılır. İstintaqın fikrincə, cinayətkarlar əvvəlcədən Vardi və ailəsinin hərəkətlərini izləyiblər və evin nə vaxt nəzarətsiz qalacağını dəqiq biliblər.

Xəbər xətti