Tiflisdə 876 milyon lari (325 milyon ABŞ dolları) dəyərində yeni stadionun tikintisi üçün keçirilən tender ləğv edilib.
Sportal.az Musavat.com-a istinadən xəbər verir ki, müvafiq qərarı Gürcüstan Bələdiyyələrin İnkişafı Fondunun Tender Komissiyası qəbul edib.
Komissiya daxil olmuş təklifləri nəzərdən keçirib. İki iştirakçı, Azərbaycan-Gürcüstan birgə müəssisəsi “Makro – İnşaatçı” və Türkiyənin “YDA İnşaat” şirkəti təkliflər natamam olduğuna görə tenderdən çıxarılıb.
Gürcüstanın “Anagi” şirkəti isə yeganə iddiaçı olaraq qalıb, lakin şirkətin təklifi digər iştirakçıların təklifini xeyli üstələyib. Bu mərhələdə Bələdiyyələrin İnkişafı Fondu qalibi müəyyən edə bilməyib.
“Anagi” və digər diskvalifikasiya edilmiş şirkətlərin təklif etdiyi qiymət fərqi əhəmiyyətli olduğundan, tender komissiyası tenderin dayandırılması və şərtlərə yenidən baxılması barədə qərar qəbul edib.
"Anagi" - 850 milyon (314,8 milyon ABŞ dolları)
“Makro – İnşaatçı” – 789,42 milyon (292,4 milyon ABŞ dolları)
“YDA İnşaat” Sanayi ve Ticaret Anonim Şirkəti - 744,93 milyon (275,9 milyon ABŞ dolları).
Gürcüstanın baş naziri İrakli Kobaxidze bundan əvvəl bildirib ki, gələcək stadion Britaniya modeli üzrə tikiləcək. O əlavə edib ki, yeni hava limanının yaxınlığında seçilmiş yer hərtərəfli infrastrukturun inkişafına imkan verəcək.
saytlarin hazirlanmasi
