Roberto Bordin "Neftçi"yə qayıtmaq istəyir

17:55 - 25 Noyabr 2025

İtaliyalı mütəxəssis Roberto Bordin "Neftçi"yə qayıtmaq istəyir.

Sportal.az xəbər verir ki, o, bu barədə "Report"a müsahibəsində deyib.

60 yaşlı mütəxəssis "ağ-qaralar"da yaxşı vaxt keçirdiyini söyləyib:

"Neftçi"yə bağlıyam. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edəcəklər. Mən də komandada çox uğur qazanmaq istərdim. Kim bilir, bəlkə də yaxın gələcəkdə geri qayıda biləcəyəm".

R.Bordin paytaxt təmsilçisindən təklif almadığını vurğulayıb:

"Sadəcə, mən geri qayıtmaq istəyirəm. Çünki klubda çox gözəl vaxt keçirmişəm və əla insanlarla işləmişəm".

Xəbər xətti