"Qarabağ"a uğurlar arzulayıram. Əminəm ki, komandamız İtaliyada yaxşı oyun göstərərək, ən azından bir xalla geri qayıdacaq. "Napoli" turnir cədvəlində "Qarabağ"dan aşağı pillədədir. Çalışacaqlar ki, evdəki matçda qələbə qazansınlar. Buna baxmayaraq, artıq "Qarabağ"ın təcrübəsi var. Hansı rəqiblə necə oynamaq lazımdır, bilirlər. Rəqibi də analizlər ediblər. "Napoli"nin üstün və zəif cəhətlərini bilirlər. İnanıram ki, "Qarabağ" bu görüşdə də yaxşı oynayacaq və istədikləri nəticəni əldə edəcəklər. Ən azından bir xal. Amma qələbə də qazana bilərlər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev deyib.
Ağdam klubunun keçmiş üzvü komandanın Çempionlar Liqasının 5-ci turunda "Napoli" ilə görüşdən gözləntilərini bildirib:
"Kadi Borgesin yoxluğu əlbəttə ki, "Qarabağ" üçün itkidir. Amma buna baxmayaraq, "Qarabağ"da elə oyunçular var ki, Kadini əvəzləyəcək gücdədirlər. Kim oynasa da, Kadinin yoxluğunu hiss elətdirməməyə çalışacaq. "Qarabağ"a inanıram və ümid edirəm ki, hər şey yaxşı alınacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi
