Yevlaxdakı oyundan 3 xalı çıxaran kapitan - Vernidubun böyük ümidlər bəslədiyi Emin Mahmudov

16:45 - 22 Dekabr 2025

"Neftçi"nin "Karvan-Yevlax"la oyunda bu qədər çətinlik çəkəcəyi gözlənilməz mənzərə oldu. Xüsusən, birinci hissədə tutarsız, yeknəsəq hücumlarla yadda qaldılar. 

Hər halda fasilədən sonra "Neftçi" oyunu çevirə bildi. Bunda Emin Mahmudovun böyük rolu oldu. Gedişatla barışmayan kapitan bir neçə dəfə Sambunu rəqib qapıçıyla təkbətək mübarizəyə yolladı. Ki, bu hücumlardan birində Sambu hesabı bərabərləşdirə bildi.

Kapitan uzatma dəqiqələrində penalti qazandı, sonra da onu qola çevirdi. Yevlaxdakı oyundan 3 xalı Emin Mahmudov çıxardı. Məzh onun oyundan qopmaması, sona qədər intensivliyini saxlaması qələbədə vacib rol oynadı. 

Belə görünür ki, Yuri Vernidub da Mahmudova böyük ümidlər bəsləyir. Deyilənə görə, kapitan ukraynalı mütəxəssisin oyun sistemində önəmli adamlardan biridir.

Premyer Liqada qış fasiləsi başlayır. Yuri Vernidub üçün vacib mərhələdi. Ukraynalı məşqçi məhz bu dönəmdə komandanı çempionatın ikinci yarısına yaxşı hazırlamalıdır.

Həmid

Xəbər xətti