"Vulverhempton" İngiltərə Premyer Liqasında nadir tarixi antirekordu təkrarlayıb.
Sportal.az xəbər verir ki, Rob Edvardsın rəhbərlik etdiyi kollektiv 19-cu turda “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə edib və mövsümdə cəmi 3-cü xalını qazanıb. “Canavarlar” mövsümün ilk dövrəsini qələbə olmadan başa vurub.
"Vulverhempton" bu nəticə ilə antirekordu təkrarlayıb və İngiltərənin elit divizionu tarixində 1902/03 mövsümündə ilk 19 turda qələbə qazana bilməyən “Bolton”dan sonra buna nail olan ikinci kollektiv olub.
Klubun zəif nəticələr fonunda baş məşqçi dəyişikliyi variantını nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb.
saytlarin hazirlanmasi
