PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Vitinyanın transferi ilə bağlı “Real”la danışıqlar aparmaq imkanını nəzərdən keçirmir.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi komandanın əsas futbolçularından birini qorumaqda qərarlıdır. Parislilər Madrid klubu ilə dialoqa girmək niyyətində deyil.
Bu mövqenin səbəblərindən biri Əl-Xelaifi ilə “Real”ın prezidenti Florentino Peres arasında gərgin şəxsi münasibətlərdir. Tərəflər arasındakı gərginlik Superliqa layihəsi ətrafındakı münaqişələrdən və Kilian Mbappe ilə bağlı transfer skandalından bəri davam edir.
Daha əvvəl Madrid klubunun Vinisius Juniorun mümkün gedişi halında Vitinyanı təxminən 100 milyon avroya transfer etməyə hazır olduğu bildirilirdi. Lakin PSJ-nin mövqeyi hələlik dəyişməz olaraq qalır.
saytlarin hazirlanmasi
