"Çelsi"nin doğma meydanda məğlubiyyəti - VİDEO

00:47 - 28 Dekabr 2025

İngiltərə Premyer Liqasında XVIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, doğma meydanda "Aston Villa"nı qəbul edən "Çelsi" 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 29 xalla 5-ci, "Aston Villa" isə 39 xalla 3-cü pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası

XVIII tur

"Çelsi" - "Aston Villa" 1:2

Qollar: J.Pedro, 37, - O.Vatkins, 63, 84

Xəbər xətti