"Turan Tovuz" Türkiyədə 2 oyun keçirəcək

18:52 - 25 Dekabr 2025

"Turan Tovuz"un qış hazırlıq planımız bəlli olub.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi yanvarın 4-də Türkiyəyə yola düşəcək. Antalyanın Belek bölgəsindəki “İC Santai Belek" otelində məskunlaşacaq komandanın Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək.

Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. 

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

Xəbər xətti