"Neftçi"də nəticələr olmadıqda, başqa məşqçi axtarırlar və dərhal nəticə verəcəyinə ümid edirlər"

13:22 - 23 Dekabr 2025

Ukraynalı məşqçi Roman Qriqorçuk "Neftçi"dəki dövrünü xatırlayıb və həmyerlisi Yuri Vernidubun “ağ-qaralar”a baş məşqçi təyinatını dəyərləndirib.

Sportal.az xəbər verir ki, "Sport.ua" portalına danışan Qriqorçuk "Neftçi" rəhbərliyi ilə indi də münasibətlərinin yüksək olduğunu vurğulayıb:

"Neftçi"dəki dövr haqda əvvəllər dəfələrlə danışmışam. Orada işlər belə alındı...Sadəcə əldə edə bilmədiyimiz nəticələrdən başqa, yaxşı idik. "Neftçi" brenddir, amma klub uzun müddətdir ki, böyük nəticələr əldə edə bilmir. Klub turnir cədvəlinin yuxarı pillələrində olmadığı və çox oyun qazanmadığı vaxta buna səbirlə dözə bilmirlər. "Neftçi" avrokuboklara vəsiqə qazanmadıqda, bu, artıq belə böyük bir klub üçün normal vəziyyət deyil. "Neftçi" böyük nüfuza malik klubdur. Nəticələri olmadıqda, başqa məşqçi axtarırlar və dərhal nəticə verəcəyinə ümid edirlər. 

"Neftçi" rəhbərliyi haqqında pis söz də deyə bilmərəm. Onlarla elə isti münasibətim var ki, təsəvvür belə edə bilməzsiniz. İndi də bu cürdür. Sadəcə Yuri Nikolayeviçə həm onun, həm də klub rəhbərliyinin arzuladığı şeyə çatmaqda uğurlar arzulamaq istəyirəm. "Qarabağ"ı taxtdan salmaq çox çətin olacaq, amma mən düşünürəm ki, "Neftçi"nin məqsədi çempionluğu qazanmaqdır. Komandanı təhvil alanda bunu yalnız bir məqsədlə etmişdim - birinci yeri tutmaq və Çempionlar Liqasında oynamaq. Yuri Nikolayeviçə bu işdə uğurlar arzulayıram".

Xəbər xətti