"Atletiko"nun müdafiəçisi Xavi Qalan La Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu "Osasuna"ya keçəcək. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Madridlilər Qalanın keçidindən 500 min avro gəlir əldə edib. 31 yaşlı sol cinah müdafiəçisi "Osasuna" ilə 2026-cı ilin yayınaa kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, gələn ilin 1 yanvar tarixində yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Atletiko" Xavi Qalanı 2023-cü ilin yayında "Selta"dan 5 milyon avroya transfer etmişdi. Təcrübəli oyunçu bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
