"Fənərbaxça"nın prezidenti Sadettin Saran saxlanılıb.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbəri narkotik maddələrin əldə edilməsi, istifadəsi və istifadəsinə şərit yaradılmasında şübhəli bilinərək istintaqa cəlb olunub. 61 yaşlı funksionerin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Sadettin Saran sentyabr ayında keçirilən seçkilərdə Ali Koça qalib gələrək "Fənərbaxça"nın prezidenti seçilib.
saytlarin hazirlanmasi
