"Bayer" "Mançester Siti"nin futbolçusunu transfer etməyi planlaşdırır

15:34 - 24 Dekabr 2025

“Bayer” “Mançester Siti”nin futbolçusu Klaudio Eçeverrinin transfer hüququna sahib çıxmaq istəyir.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 19 yaşlı argentinalı üçün “Mançester Siti” ilə danışıqlara başlayıb. Almanlar mövsümün əvvəlində icarəyə götürdüyü futbolçu ilə bağlı başqa planları var deyə, onun Mançesterə geri qayıtmasını istəmir.

Eçeverrinin “şəhərlilər”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, bu mövsümün sonuna qədər “Bayer”də icarə əsasında oynamalıdır.

Argentina millisinin üzvü “River Pleyt”in yetirməsidir, 2024-cü ildə “Mançester Siti”yə keçib.

Xəbər xətti