İtaliya millisinin sabiq forvardı Səudiyyə Ərəbistanı klubuna keçir

11:46 - 24 Dekabr 2025

İtaliya milli komandasının sabiq forvardı Mario Balotelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Əl-İttifaq" Balotellini heyətinə qatmaqda israrlıdır. 

Ərəblər 35 yaşlı futbolçuya 2,5 illik müqavilə təklif edib.

Son olaraq "Cenoa"nın formasını geyinmiş Balotelli hazırda təklifi götür-qoy etməkdədir.

"Əl-İttifaq" Səudiyyə Ərəbistanı çempionatında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti