Millimizin üzvü qırmızı vərəqə alsa da, komandası qələbə qazandı

23:17 - 23 Dekabr 2025

Albaniyada futbol üzrə ölkə çempionatının 18-ci turu keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə "Teuta" ilə qarşılaşıb. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Zamiq bu matçda start heyətində meydana daxil olub. Millimizin üzvü 90+2-ci dəqiqədə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk etməli olub.

Qeyd edək ki, “Eqnatiya” 37 xalla ilk pillədə qərarlaşıb.

Xəbər xətti