"Şəmkir" Ağstafada xal itirdi - VİDEO

21:34 - 23 Dekabr 2025

Futbol üzrə Azərbaycan II Liqasında XIV turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Ağstafa Gəncləri" doğma meydanda "Şəmkir"i qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Xallarını 25-ə yüksəldən "Şəmkir" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Ağstafa Gəncləri" isə 11-ci yerdədir.

"Ağstafa Gəncləri" - "Şəmkir" 2:2
Qollar:
 E.Hüseynov, 59, E.Namazov, 75 - T.Fərmanov, 29, T.Məmmədzadə, 83 (pen)

Xəbər xətti