"Beşiktaş" mərakeşli futbolçunu qışda transfer etməyi planlaşdırır

13:47 - 24 Dekabr 2025

"Beşiktaş" Mərakeş millisinin daha bir futbolçusu ilə maraqlanır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” Amin Haritdən savayı, Ossama Tannaneni heyətinə qatmağı planlaşdırır.

Baş məşqçi Sergen Yalçının 31 yaşlı vingerin transferinin qışda reallaşdırılmasını rəhbərlikdən istəyib.

Tannane hazırda Qətərin “Umm Salal” klubunda oynayır və mövsümün sonuna qədər həmin komandaya məxsusdur.

Mərakeş millisinin üzvü “Herenven”, “Herakles Almelo”, “Sent-Etyen”, “Las-Palmas”, “Utrext”, “Vitess”, “Göztepe”, “NEK Neymegen” komandalarında oynayıb.
 

Xəbər xətti