"Yuventus" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

16:16 - 25 Dekabr 2025

İtaliyanın "Yuventus" klubu yanvar ayında müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Cenoa"da çıxış edən Bruk Norton-Kuffidir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Ağ-qaralar" qarşıdan gələn transfer pəncərəsində ingiltərəli sağ cinah müdafiəçisini heyətinə qatmaq üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Cenoa" Bruk Norton-Kuffini 2024-cü ilin yanvar ayında "Arsenal"dan 2 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "qırmızı-mavilər"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti