"Şamaxı"nın sabiq hücumçusu Belaydi Pusi Rusiyada adından söz etdirir.
Sportal.az xəbər verir ki, "Fakel"də çıxış edən albaniyalı forvard I Liqanın bombardiridir.
Pusi Voronej təmsilçisinin heyətində 21 turdan sonra 13 qol vurmağı bacarıb. 27 yaşlı futbolçu həmçinin, 3 məhsuldar ötürmənin də müəllifi olub.
Qeyd edək ki, "Şamaxı" Belaydi Pusini bu ilin fevral ayında "Fakel"ə 200 min manata satıb. Onun Rusiya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

