PSJ-nin hücumçusu "Liverpul"un hədəfində

10:52 - 27 Dekabr 2025

“Liverpul” Aleksander İsağın ağır zədələnməsi fonunda hücumçu axtarışı üçün transfer bazarına çıxmağa məcbur qalıb.

Sportal.az xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalu Ramuşu icarəyə götürmək imkanını nəzərdən keçirir. Bu barədə "Caught Offside" məlumat yayıb.

Portuqaliyalı forvardın Paris klubu ilə mövcud müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. "Transfermarkt" portalı onun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Qonsalu Ramuş bu mövsüm PSJ-nin heyətində 23 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti