"Arsenal" çox yaxşı oynayır, lakin "Mançester Siti" doğru yoldadır - Qvardiola

22:25 - 26 Dekabr 2025

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında titul uğrunda mübarizə barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öz açıqlamasında bunları qeyd edib:

"Hamını 10 xal qabaqlamağa üstünlük verərdim, amma vəziyyət necədirsə, elədir. “Arsenal” çox yaxşı oynayır, lakin biz də doğru yoldayıq.

Hazırda dekabrın sonudur və biz Çempionlar Liqasında, Premyer Liqada mübarizə aparırıq, Liqa Kubokunun yarımfinallarındayıq, tezliklə isə İngiltərə Kuboku başlayacaq.

Əsas oyunçularımızdan bir neçəsi geri qayıdır, ona görə də addım-addım, oyundan-oyuna baxaq görək nə baş verəcək."

Xəbər xətti