"Araz-Naxçıvan"dan ayrıldı, paylaşım etdi

10:36 - 26 Dekabr 2025

"Araz-Naxçıvan"dan ayrılan Qara Qarayev sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Naxçıvan təmsilçisi ilə vidalaşıb:

"Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun".

Qeyd edək ki, 33 yaşlı futbolçu dünən "Araz-Naxçıvan"dan ayrılıb.

Xəbər xətti