Qurban Qurbanov bu ayrılığa razılıq vermədi - SON DƏQİQƏ

15:40 - 26 Dekabr 2025

Nəriman Axundzadənin "Qarabağ"dan gedişi ertələnib.

Sportal.az xəbər verir ki, bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Bildirilib ki, Qurban Qurbanov 21 yaşlı hücumçunun qış fasiləsində düşərgəni tərk etməsinə icazə verməyib.

Baş məşqçi onun ən azı mövsümün sonunadək burada qalmasını istəyib. Və bunu səbəbkarın diqqətinə də çatdırıb.

Təcrübəli mütəxəssis Axundzadənin məsələsinə 2026-cı ilin yayında bir daha qayıtmağın mümkünlüyünü istisna etməyib. Yəni ki, lənkəranlı forvardın satılıb-satılmayacağına məhz həmin vaxt tamamilə aydınlıq gələcək.

Nərimanla "köhlən atlar" arasında müqavilə 2027-ci ilin yayınadək qüvvədədir. O, son vaxtlar komandanın ən çox tənqidlərə məruz qalan üzvüdür.

Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Ayaks"a 2:4 hesablı məğlubiyyətdən sonra ümumiyyətlə, Axundzadəyə yönəlik təzyiqlər artıb. Sosial şəbəkələrdə kütləvi şəkildə linç olunub.

Ona hazırda bir neçə təklif var. İstər Avropadan, istər Asiyadan.

Xəbər xətti